Fevralın 8-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Oğuz rayonu Tərkəş kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Mənəvi dəyərlərimizi yad ünsürlərdən qoruyaq“ adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə məsləhətçisi Samir Salehov, Oğuz rayonu Tərkəş kənd məscidi dini icmasının sədri Əlisəfa Dursunov, Sincan kənd məscidi dini icmasının sədri Kamal Bəşirov, kənd ağsaqqalları və gənclər iştirak ediblər.
Çıxışlar zamanı ulu öndər Heydər Əliyevin hər zaman milli mənəvi dəyərlərimizə yüksək qayğı və diqqətindən söz açılıb, ümummilli liderin bu siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Həmçinin bidirilib ki, Azərbaycan özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəməxsus adət-ənənələri, yüksək mənəviyyatı ilə diqqəti cəlb edir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.