"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Masallıda “Multikulturalizm Azərbaycan dövlət siyasətinin tərkib hissəsidir” mövzusunda tədbir keçirilib

Fevralın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Masallı rayonu Meşəkənarı kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycan dövlət siyasətinin tərkib hissəsidir” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşı Ayıq Səmədov, Masallı rayonu Meşəkənarı kənd məscidi dini icmasınin sədri Ələddin Mirzəyev, Meşəkənarı bələdiyyəsinin sədri Əlihüseyn Fətəliyev, dini icma üzvləri, ictimaiyyət nümayəndələri  və gənclər iştirak ediblər. 
Çıxışlar zamanı vuğulanıb ki, multukulturalizm dövlət siyasəti olmaqla yanaşı, müasir Azərbaycan cəmiyyətində dəyişməz həyat tərzi kimi təzahür edir. Azərbaycanda olan tolerant və multikultural reallığın təkcə azərbaycanlıların deyil , xarici ölkə alimlərinin, görkəmli elm xadimlərinin, siyasət nümayəndələrinin, həmçinin tələbələrin gözü ilə dünyaya təqdim edilməsi də müsbət ənənəyə çevrilməkdədir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

calendar 8-02-2019, 15:31 eye 822 eye Paylaş