Fevralın 8-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Xətai rayonu Mirtağı məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərimizdə həmrəylik prinsipi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhər üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov, şöbənin əməkdaşı Fuad Şirinov, Xətai RİH-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, Mirtağı məscidi dini icmasının sədri Mircəfər Nəsirov, Mirtağı məscidinin imamı Səlim Kərimov və qəsəbə sakinləri iştirak ediblər.
Çıxışlar zamanı milli-mənəvi dəyərlərin qorunmasının vacibliyi vurğulanıb, xalqımızın milli-mənəvi dəyərlərə sıx bağlılığı diqqətə çatdırılıb, eləcə də ölkəmizdə formalaşmış yüksək dövlət-din münasibətlərinə toxunulub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.