Fevralın 6-da Siyəzən şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Siyəzən şəhəri “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz: adətlər,ənənələr” adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Məmmədov, Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov, Siyəzən şəhəri “Cümə” məscidi dini icmasının sədri Qənimət Pirəliyev, rayonun ziyalısı Nəcməddin Mürvətov və gənclər iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, bir milləti millət edən və ayaqda saxlayan milli-mənəvi dəyərlərdir. Müasir gənclik mütləq milli-mənəvi dəyərlərimizi tanımalı və həyatını buna uyğun qurmalıdır. Keçmişdən bizə gəlib çatmış yüksək milli-mənəvi dəyərlərin qorunması müasir dövrün aktual məsələlərindəndir. Məhz buna görə də yeniyetmə və gənclərlə bu sahədə maarifləndirmə işinin aparılması diqqətdə saxlanmalıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.