"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Şabranda Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə keçirilən tədbirlər davam edir

Fevralın 7-də Şabran  rayonu Uzunboyad kənd məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Şabran rayonu Vələsli kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Müasirlik və milli-mənəvi dəyərlər” adlı layihə üzrə növbəti təbdir baş tutub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Şabran Rayon İcra Hakimiyyəti (ŞİH) Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov, Şabran rayonu Vələsli kənd məscidi dini icmasının sədri Fuad Şahbazov, kənd  ictimaiyyəti – o cümlədən ziyalılar və gənclər  iştirak edib.
Çıxışlar zamanı qeyd olunub ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bir millət olaraq hər bir vətəndaşın borcudur və bu sahə daim dövlətimizin diqqət mərkəzindədir, bunun üçün dövlət və vətəndaş birliyi mənəvi dəyərlərin qorunmasında əsas amildir. Bir millətin əsas dayağı onun mənəvi dəyərləri olduğu üçün əsas hücum hədəfi də xalqın mənəviyyatının olduğunu bildirən natiqlər, xarici qüvvələrin bütün üsullardan istifadə edərək öz çirkin niyyətlərini həyata keçirmək üçün müasir dövrdə əsasən informasiya vasitələrindən istifadə etdiklərini diqqətə çatdırıblar. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 7-02-2019, 15:45 eye 993 eye Paylaş