"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Fondun maliyyə dəstəyi ilə Qazaxda tədbir keçirilib

Fevralın 7-də Mənəvin Dəyərlərin Təbliği Fondunun maliyə dəstəyi və Qazax rayon “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Azərbaycan var olsun” adlı layihəsi çərşivəsində Qazax rayon Kəmərli kənd inzibati ərazi dairəsi (İƏD) üzrə nümayəndəliyində “Vətən və şəhidlik anlayışı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini maarifləndirmə şöbəsinin əməkdaşı Tural Vəlizadə, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, şöbənin əməkdaşları Pərvin Zeynalov, Ceyhun Rüstəmov, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər üzrə  şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov,  Qazax rayon   “Cümə” məscidi dini icmasının sədri İlham Süleymanov, Qazax RİH-nin Kəmərli kənd İƏD üzrə nümayəndəsi Səməd Orucov və kənd ictimaiyyəti iştirak edib.
Tədbirdə DQİDK-nın Dini maarifləndirmə şöbəsinin əməkdaşı Tural Vəlizadə “Vətən və şəhidlik” anlayışlarının geniş izahını verdi. DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev çıxış edərək Vətən anlayışını və bu vətənin mövcudluğu üçün qüdrətli dövlətin vacibliyini vurğuladı. Bu dövləti və Vətəni qorumaq üçün hər birimizin şəhid olmağa hazır olduğumuzu qeyd etdi. 
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı

calendar 7-02-2019, 15:42 eye 878 eye Paylaş