Fevralın 6-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qax rayonu Güllük kənd “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə Qax rayonu Qum kənd klubunda “Milli həmrəylik və din” layihəsi çərçivəsində “Vəhdət və milli birliyimizi qoruyaq” adlı tədbir keçirilib.
Tədbirdə Qax RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Nəzirməhəmməd Nəsirov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, Qax RİHB-nın Qum kənd inzibati ərazi dairəsi (İƏD) üzrə nümayəndəsi vəzifəsini icra edən Şakir Ramazanov, Güllük kənd “Cümə” məscidi dini icmasının sədri Rəhim Hüseynov , Qum kənd məscidi dini icmasının sədri Əziz Şahmalıyev, kənd ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı natiqlər milli birliyimizi və vəhdətimizi formalaşdıran mənəvi dəyərlərin rolunu vurğulayıb, mənəvi dəyərlərin qorunması, vətənini və dövlətini sevən hər bir vətəndaşın müqəddəs borcu olduğunu bildiriblər.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Vəhdət qanımızdadır” sənədli filmi nümayiş etdirilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.