06 fevral 2019-cu il tarixdə Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və İmişli rayonu Şahverdili kəndi “Əhli-Beyt” məscidi dini icmasının təşkilatçlığı ilə “Dəyərlərinə bağlı mühafizəkar gənclik” layihəsi çərçivəsində “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Xarici Əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşı Elvin İbrahimov, İmişli rayonu Şahverdili kəndi “Əhli-Beyt” məscidi dini icmasının sədri Elnur Abbasov, dini icma üzvləri, kənd ağsaqqalları, ziyalılar və gənclər iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, layihənin məqsədi yeniyetmə və gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirindən qorumaq, onların dünyagörüşünü milli ideyalar və ümumbəşəri dəyərlər əsasında formalaşdırmaqdan ibarətdir. Natiqlər xalqımızın zəngin tolerantlıq ənənəsi, zərərli dini cərəyanların təbliğat metodları və onlara qarşı həyata keçirilən tədbirlər barədə məlumat verərək, dini radikalizmlə mübarizədə gənclərin rolunun xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran sullar cavablandırılıb.