Fevralın 6-da Ağcabədi rayonu Hüsülü kəndində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağcabədi rayonu Hüsülü kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz radikal dindarlığa qarşıdır” adlı layihə çərçivəsində “Gəncləri yad təsirlərdən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) əməkdaşı Aqşin Əliyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi rayonu Hüsülü kənd mscidi dini icmasının sədri və imamı Elnur Sadıqov, icma üzvləri, kənd ağsaqqalları və gənclər iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, ölkəmizdə dini radikalizmin qarşısını almaq, yeniyetmə və gənclərimizi yad ünsürlərin təsirindən qorumaq üçün cəmiyyətdə mötədil islam anlayışı haqqında marifləndirmə işinin aparılması zəruridir. Milli-mənəvi və dini dəyərlərimiz gənclərə doğru mənbələrdən, öyrədilərsə, bu sahədə düzgün və mütəmadi marifləndirmə işi aparılarsa o zaman radikal qüvvələrin gənclər üzərindəki təsir qabiliyəti zəyifləyəcəkdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.