"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Xızı rayonu Altıağac qəsəbə məscidində “İslam dini və cəmiyyət” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Fevralın 6-da Xızı rayon Altıağac qəsəbə məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Xızı rayon Altıağac qəsəbə məscidi dini icmasının təşkilatçılığı ilə “İslam dini və cəmiyyət” adlı layihə çərçivəsində “İslami mötədilliyin Azərbaycan nümunəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları İsmayıl Cəfərov, Abdulla Hüseynov, Xızı rayon Altıağac qəsəbə məscidi dini icmasının sədri Ruslan Eyvazov, Rayon Təhsil şöbəsinin əməkdaşı Vahib Ələkbərov, Xızı qəsəbə orta məktəbinin direktoru Arif Nağıyev, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı ölkəmizdə mötədillik ənənəsinin tarixi, inkişaf yolu və bugünkü vəziyyəti haqqında söhbət açılıb. Xalqımızın tarixən tolerant, multikultural dəyərlərə uyğun yaşadığı vurğulanıb və bununla bağlı konkret nümunələr iştirakçıların diqqətinə çatdırılıb. Bu baxımdan ölkəmizin digər sahələrdə  olduğu kimi din sahəsində də özünəməxsus mövqe nümayiş etdirməsi və dünya dövlətləri arasında aparıcı ölkə kimi tanınması xüsusi qeyd olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 6-02-2019, 11:58 eye 943 eye Paylaş