Fevralın 5-də Zərdab rayonu Zərdabda Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Zərdab rayonu Gəlmə kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Ən ülvi duyğu vətən sevgisi” adlı layihə çərçivəsində “Şəhidliyin fəzilətləri” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Nailə Əliyeva, Gəlmə kənd məscidi dini icmasının sədri Mirzə Abbasov, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı tarix boyunca şəhidlik və qaziliyin xalqımızın mənliyində yaşayan iki uca əxlaqi keyfiyyət olduğu, milli-mənəvi və dini dəyərlərə sadiqliyin vacibliyi diqqətə çatdırılıb. Xalqımızın vətəni və müqəddəs dəyərləri naminə həmişə mücadilə etdiyi, bu yolda ölməyi yaşamaqdan üstün tutduğu vurğulanıb. Azərbaycan xalqının qədim dövrlərdən bu günədək şəhidliyə ən yüksək məqam və ən uca zirvə kimi dəyər verməsində İslam dininin rolundan danışılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.