Fevralın 5-də Şəki rayonu Suçma kənd məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Şəki rayonu Suçma kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Ənənəvi İslam dəyərlərinin inkişafında milli-mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev, Şəki rayonu Suçma kənd məscidi dini icmasının sədri Məftun Cəbiyev, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı milli-mənəvi və dini dəyərlərin qorunub inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb, müqəddəs İslam dini dəyərlərin hər zaman cəmiyyətimizdə vəhdətin, qardaşlığın, birliyin və həmrəyliyin təminatçısı olması vurğulanıb. Azərbaycan xalqının qədim dövrlərdən bu günədək multikultural şəraitdə yaşamasında və tolerantlıq dəyərlərinin qorunub saxlanılmasında İslam dinin rolundan danışılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.