Fevralın 6-da Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) maliyyə dəstəyi və Xaçmaz rayonu Həsənqala kəndi “Həsənqala” məscidi dini icmasının təşkilatçılığı ilə Yeni Həyat qəsəbə məscidində “Milli-mənəvi dəyərlərimizin gənc nəslə aşılanması” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev, Xaçmaz rayonu Həsənqala kəndi “Həsənqala” məscidi dini icmasının sədri Davud Qəhrəmanlı, dindarlar, gənclər və kənd ictimaiyyəti iştirak edib.
Tədbirdə çıxış edən Xaçmaz RİH başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev bildirib ki, dövlət mənəvi dəyərlərin təbliğinə ayırdığı diqqət və qayğı nəticəsində ölkənin bütün gəncləri öz milli kimliyinə və soy kökünə dərindən bələd olur.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev tədbirdə geniş məruzə ilə çıxış edərək qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəslə olduğu kimi ötürülməsi sahəsində dövlətimiz böyük işlər görür.
Xaçmaz rayonu Həsənqala kəndi “Həsənqala” məscidi dini icmasının sədri Davud Qəhrəmanlı və bir neçə din xadimi tədbirdə çıxış ediblər. Bildiriblər ki, dövlətin dini sahəyə, o cümlədən dindarlara və dini icmalara diqqət və qayğısı yüksək səviyyədədir. Ölkənin din xadimləri də milli-mənəvi dəyərlərin gənc nəslə çatdırılması sahəsində ibadət yerlərində maksimum dərəcədə iş aparır və bunun müsbət təsiri hiss olunmaqdadır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.