"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Lənkəranda “Dinimiz milli-mənəvi sərvətimizdir” adlı layihə uğurla davam etdirilir

Fevralın 5-də Lənkəran  rayonu Bəlləbur  kənd məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran rayonu Bəlləbur kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Dinimiz milli-mənəvi sərvətimizdir” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Tacəddin Sadıqov, Emin Həmidli, Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
Çıxışlar zamanı milli-mənəvi dəyərlərimizin təbliği baxımından keçirilən maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib. Tarixən ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət və həmrəylik şəraitində, vəhdət halında yaşadığı vurğulanıb. 
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb

calendar 5-02-2019, 15:53 eye 751 eye Paylaş