"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Lənkəranda “Milli-mənəvi dəyərlərimiz və İslam həmrəyliyi” mövzusu müzakirə edilib

Fevralın 5-də Lənkəran  rayonu Göyşaban  kənd məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran   rayonu Göyşaban kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz və İslam həmrəyliyi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Göyşaban kənd məscidi dini icmasının sədri Marafat Musayev və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
Çıxışlar zamanı dini radikalizm, ekstremizm və onların fəsadları haqqında ətraflı məlumat verilərək milli-mənəvi dəyərlərin və İslam həmrəyliyinin təbliğinin bu baxımdan əhəmiyyəti qeyd edilib. Azərbaycanın tarixən tolerant, multikultural və zəngin milli-mənəvi dəyərlərin hökm sürdüyü ölkə olduğu vurğulanıb. Keçirilən maarifləndirici tədbirlərə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna minnətdarlıq ifadə olunub.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 5-02-2019, 15:52 eye 811 eye Paylaş