"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Xaçmaz rayonunda mənəvi dəyərlərin təbliğinə həsr olunmuş tədbirlər davam edir

Fevralın 1-də Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) dəstəyi və Xaçmaz rayonu Yalama kənd məscidi dini icmasının təşkilatçılığı ilə Yalama kəndində yerləşən Heydər Əliyev mərkəzində “Milli-mənəvi dəyərlərimizi qoruyaq və yaşadaq” adlı layihə çərçivəsində tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehman Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) başçısının Yalama kənd İƏD üzrə nümayəndəsi Reyhan Aslanova, Xaçmaz rayonu Yalama kənd bələdiyyəsinin sədri Nəbi İsgəndərov, dindarlar, ağsaqqallar və kənd ictimaiyyəti iştirak edib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehman Məmmədov tədbirdə geniş məruzə ilə çıxış edərək qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəslə olduğu kimi ötürülməsi vacib sahələrdəndir. Bu sahədə dövlətlə yanaşı vətəndaşlarda təbliğatçı olmalı, mənəvi dəyərlərimizin yaşadılmasında iştirak etməlidir.     
Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) başçısının Yalama kənd İƏD üzrə nümayəndəsi Reyhan Aslanova, bələdiyyə sədri Nəbi İsgəndərov və digər çıxış edən natiqlər də mənəvi dəyərlərin gənc nəslə çatdırılmasında cəmiyyətin böyük rolunun olduğunu və bu işin uğurla həyata keçirilməsində dövlət siyasətinin dəstəklənməsinin vacibliyini qeyd ediblər. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.  

calendar 1-02-2019, 17:03 eye 802 eye Paylaş