Fevralın 4-də Abşeron rayon Saray qəsəbəsi Cümə məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Saray qəsəbə “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “İslam həmrəyliyi – dini vəhdətə çağırış” layihəsi çərçivəsində “Multikultural cəmiyyətdə birgəyaşayışı şərtləndirən əsas amillər” mövzusunda növbəti tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Abdulla Hüseynov, Saray qəsəbə “Cümə” məscidinin imamı və icma sədri Qalib Tahirov, köməkçisi Əli Şərbətov, qəsəbə sakinləri və dindarlar iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuşdur. Bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan cəmiyyətində mehriban birgəyaşayış mühiti mövcuddur.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb