"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Oğuzda “Mənəvi dəyərlərimizi yad ünsürlərdən qoruyaq“ adlı layihə icra edilib

Fevralın 1-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Oğuz rayonu Tərkəş kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Mənəvi dəyərlərimizi yad ünsürlərdən qoruyaq“ adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Samir Salehov, Oğuz rayonu Tərkəş kənd məscidi dini icmasının sədri Əlisəfa Dursunov, kənd ağsaqqalları və gənclər iştirak ediblər. Çıxışlar zamanı vurğulanıb ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli–mənəvi dəyərlərimizi qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Həmçinin qeyd olunub ki, bu gün milli – mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları olduğu üçün, bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb. Odur ki, hər birimiz harda olmağımızdan və sosial vəziyyətimizdən asılı olmayaraq milli – mənəvi dəyərlərimizi yad ünsürlərdən qorumalı, əsrlərin süzgəcindən süzülüb gələn dəyərlərimizi yaşatmalı və gələcək nəsillərə düzgün ötürməliyik. 
   Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 1-02-2019, 16:56 eye 923 eye Paylaş