"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Cənub bölgəmizdə “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu”adlı tədbir keçirilib

Fevralın 1-də Lənkəran rayonunun Şağlaser kəndində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran  rayonu Şağlaser  kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı layihə çərçivəsində maarifləndirici  tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Şağlaser kənd məscidi dini icmasının sədri Ruhulla Ruhullayev, Azərbaycan İlahiyyat İnstitutunun (AİT) tələbəsi Fərid Qasımzadə, ziyalılar və gənclər iştirak edib.
Çıxışlar zamanı milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında gənclərin üzərinə mühüm vəzifələr düşdüyü vurğulanıb. Ölkəmizdə dövlətin gənclərə yüksək diqqət və qayğısından, mənəvi dəyərlərimizin təbliği sahəsində mühüm tədbirlərin görülməsindən bəhs edilərək, Ulu Öndər Heydər Əliyevin və Cənab Prezident İlham Əliyevin bu sahədəki xidmətləri diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 1-02-2019, 16:54 eye 736 eye Paylaş