Fevralın 2-də Sumqayıt şəhər Kotec qəsəbəsi “İmam Sadiq” məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Sumqayıt şəhər Kotec qəsəbəsi “İmam Sadiq” məscidi dini icmasının təşkilatçılığı ilə “İslam dinində humanizm və insan haqları” adlı layihə çərçivəsində “Milli və dini dəyərlərimizin qorunması və təbliğatı işində din xadimlərinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Axundov, Sumqayıt şəhəri Kotec qəsəbəsi “İmam Sadiq” məscidi dini icmasının sədri və məscidin imamı Mirfəyyaz Fəttayev , ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı milli-mənəvi və dini dəyərlərimizin qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsinin vacibliyi qeyd edilib, sülh və əmin-amanlıq dini olan İslam dininin, öldürməyi yox, yaşatmağı, abadlaşdırmağı və yardımlaşmağı əmr etdiyi vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.