"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər mövzusunda regional seminar keçirilib

Oktyabrın 15-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Bakı şəhərində “Mənəvi dəyərlərin təbliğində fərdi-ictimai amillər” mövzusunda regional seminar keçirilib.
Seminarda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Ceyhun Əliyev, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini, fəlsəfə elmləri doktoru, professor Qızılgül Abbasova, Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Şəhla Musayeva, Xəzər Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov mənəvi dəyərlərin cəmiyyətdə və fərdlər arasında təbliğinin vacibliyi haqqında danışdı. M.İsmayılov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycanın möhkəm mənəvi təməllər üzərində qurulduğunu, bu təməllərin gənclər tərəfindən mənimsənilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi. İcraçı direktor Fondun fəaliyyəti haqqında da geniş məlumat verdi.
“Mənəviyyat nədir?” mövzulu məruzə ilə çıxış edən Xəzər Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub mənəviyyat haqqında qədim filosof və mütəfəkkirlərin fikirləri və mənəviyyata verdiyi təriflər haqqında iştirakçıları məlumatlandırdı. 
Seminarda Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini, fəlsəfə elmləri doktoru, professor Qızılgül Abbasovanın “Gənclər mühitində mənəvi dəyərlər” mövzusunda məruzəsi dinlənildi. Məruzədə gənclərə mənəvi dəyərlərin təbliği işinin metodları və praktiki təcrübəsi haqqında fikirlər, eləcə də gənclərə bununla bağlı tövsiyələr diqqətə çatdırıldı. 
Seminarda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Şəhla Musayeva “Müasir dünya: mənəvi-əxlaqi seçim problemi” mövzusunda geniş məruzə söylədi. Ş.Musayeva məruzədə dünyada mənəvi mühitdə gedən proseslər haqqında müqayisəli təhlillər haqqında məlumat verdi. 
Seminar gəncləri maraqlandıran suallar və mövzu ətrafında müzakirələrlə öz işini davam etdirdi.

calendar 16-10-2018, 09:20 eye 945 eye Paylaş