Fevralın 1-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Pirallahı rayonu Pirallahı qəsəbə məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən "Milli-mənəvi dəyərlərimizin təbliğində və qorunmasında gənclərin rolu" adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov, şöbənin əməkdaşı Ziyad Məmmədbəyli, Pirallahı RİH-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Seymur Yusibov, Pirallahı rayonu Pirallahı qəsəbə məscidi dini icmasının sədri Elçin Baxşiyev və qəsəbə sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Pirallahı RİH-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Seymur Yusibov milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq xalqımızın milli-mənəvi dəyərlərə sıx bağlılığını diqqətə çatdırıb.
Daha sonra çıxış edən Pirallahı rayonu Pirallahı qəsəbə məscidi dini icmasının sədri Elçin Baxşiyev çıxışında mövzunun və maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyindən bəhs edib.
DQİDK-nin Bakı şəhər üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov milli-mənəvi və dini dəyərlərə sadiqliyin vacibliyini vurğulayıb, ölkəmizdə gənclər arasında milli-mənəvi dəyərlərin təbliği, onların zərərli vərdişlərdən və dini radikalizmdən qorunması sahəsində həyata keçirilən mühüm tədbirlərdən, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə almasında milli-mənəvi və dini dəyərlərimizin oynadığı roldan bəhs edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.