Yanvarın 31-də Qəbələ şəhəri “Yeni” məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qəbələ rayon Soltannuxa kənd “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər və müasirlik” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla İş üzrə şöbəsinin əməkdaşı Vüqar Hümmətov, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev, şöbənin əməkdaşı Zaman Şirinov, Qəbələ rayon Soltannuxa kənd “Cümə” məscidi dini icmasının sədri Seymur Mahmudov, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Çıxışlar zamanı milli-mənəvi dəyərlərin qorunmasından bəhs edilib və gənclərə zərərli vərdişlərin fəsadları barədə məlumat verilib. Qeyd edilib ki, narkomaniya, siqaret və alkoqol kimi zərərli vərdişlər təkcə insanın fiziki sağlamlığına deyil, həm də şəxsiyyətinin formalaşmasına mənfi təsir göstərir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.