Yanvarın 30-da Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) maliyyə dəstəyi və Siyəzən şəhəri “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə Gənclər mərkəzində “Milli-mənəvi dəyərlərimiz: adətlər, ənənələr” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Hüquq və qeydiyyat şöbəsinin sektor müdiri Xalid Məmmədov, Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Siyəzən Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov, dindarlar, ağsaqqallar və rayon ictimaiyyəti iştirak edib.
Çıxışlar zamanı qeyd edilib ki, adət və ənənələrin yaşadılması bir xalqın öz soy-kökünə bağlılığının göstəricisidir. Milli-mənəvi dəyərlərin – xüsusi ilə adət və ənənələrin qorunması və gələcək nəslə olduğu kimi ötürülməsi ən vacib məsələlərdəndir. Milli-mənəvi dəyərlərin təbliğində dövlətin hazırladığı xüsusi proqramlar dəyərlərimizin özgənikiləşdirilməsi və yaxud olduğu formadan çıxarılaraq dəyişdirilməsinin qarşısı alınır. Natiqlər bildiriblər ki, dövlətin dini sahəyə, o cümlədən dindarlara və dini icmalara diqqət və qayğısı yüksək səviyyədədir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.