"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Masallıda “Azərbaycançılıq məfkurəsi: milli-mənəvi dəyərlərin əsas prinsiplərindən biri kimi“ mövzusunda tədbir keçirilib

Yanvarın 31-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Masallı rayonu Binə Xocavar kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Azərbaycançılıq məfkurəsi: milli-mənəvi dəyərlərin əsas prinsiplərindən biri kimi“  adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı rayonu Binə Xocavar kənd məscidi dini icmasınin sədri Kamran Dadaşzadə, Binə Xocavar kənd Ağsaqqallar şurasının sədri Eldar Həmidov, ziyalılar, ictimaiyyət nümayəndələri  və gənclər iştirak ediblər. 
Çıxışlar zamanı vuğulanıb ki, Azərbaycançılığın ideoloji konsepsiyasında əsas xüsusiyyətlər kimi dövlətçilik, dövlətçiliyi və xalqın milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizə aparmaq hər birimizin müqəddəs borcu olaraq önə çəkilir, bu günümüzə qədər qorunub saxlanılmış dilimiz, dinimiz, adət və ənənələrimiz bütövlükdə mənəvi sərvətlərimiz hesab olunur.
Disskusiya şəraitində keçən tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

calendar 31-01-2019, 15:41 eye 854 eye Paylaş