Yanvarın 29-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Sabirabad rayonu Əsgərbəyli kəndi “İmam Əli” adına məscidi dini icmasının təşkilatçılığı ilə "Vətənpərvərlik milli-mənəvi dəyər kimi” layihəsi çərçivəsində “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi ” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) Dini Qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Anar Əliyev, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşları Elvin İbrahimov, Atakişi Məhərrəmli, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mirzəağa Hümbətov, Rayon İdman və Gənclər İdarəsinin rəisi Nadir Quliyev, Rayon Qarabağ Müharibəsi Veteranları Birliyinin sədri Faiq Hüseynov, Sabirabad rayon Əsgərbəyli kəndi “İmam Əli” adına kənd məscidi dini icmasının sədri Zakir Əliyev, rayon ictimaiyyətinin nümayəndələri ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən, mənəvi dəyərlərin qorunması, dini etiqad azadlığının təminatı sahəsində görülən işlərdən, multikulturalizm və tolerantlıqdan, eyni zamanda, dini radikalizmin mahiyyətindən bəhs edilib. Çıxışlarda dini radikalizm, onun mahiyyəti, radikal dini qrupların təbliğat metodları, eləcə də dini radikalizmə qarşı aparılan mübarizə tədbirləri haqqında məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.