Yanvarın 30-da Mənəvin Dəyərlərin Təbliği Fondunun maliyə dəstəyi və Qazax rayon Çaylı kənd “Səxavət” məscidi dini icmasının təşkilatçılığı ilə “İslamda şəhidlik zirvəsi” adlı layihəsi çərçivəsində Qazax rayon Aslanbəyli kənd folklor evinində “Mənəvi dəyərlərin təbliği zamanı yerli faktorların nəzərə alınması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini maarifləndirmə şöbəsinin əməkdaşı Tural Vəlizadə, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, şöbənin əməkdaşı Pərvin Zeynalov, Ceyhun Rüstəmov, Qazax Rayon İcra Hakimiyyətində içtimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov, Çaylı kənd “Səxavət” məscidi dini icmasının sədri Sahilə Orucova, Qazax RİH-nin Aslanbəyli kənd İƏD-si üzrə nümayəndəsinin müavini Vəfa İsmayılov iştirak ediblər.
Çıxışlar zamanı mənəvi dəyərlərimizin təbliğinin əhəmiyyəti vurğulanaraq bu işdə hər birimizin aktiv olmasının vacibliyi qeyd edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.