Yanvarın 30-da Neftçala rayon “Sahib-Əzzaman” məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Neftçala rayon “Sahib-Əzzaman” məscidi dini icmasının təşkilatçılığı ilə “Tolerantlıq – əxlaqi davranış və mədəniyyət məsələsi kimi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Səftər Rəhimov, Neftçala Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məslələr şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, Neftçala rayon “Sahib-Əzzaman” məscidi dini icmasının sədri Mirseymur Əliyev, ziyalılar və yaşlılar iştirak ediblər.
Çıxışlar zamanı tarixi, mədəni və mənəvi irsdən və onlara hörmət və qayğı göstərilməsinin vacibliyindən, Azərbaycan respublikasının tolerant və mədəni inkişafı yolundan bəhs edilib. Əlavə olaraq qeyd olunub ki, bu kimi vacib aspektlərin qorunun saxlanılması hər bir vətəndaşın müqəddəs borcudur.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.