Yanvarın 30-da Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Yardımlı şəhəri Daşkənd məhəllə məscidi dini icmasının təşkilatçılığı ilə “Dinimiz və milli-mənəvi dəyərlərimiz “ adlı layihə çərçivəsində “İslamda sülh və vəhdət prinsipləri”mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş üzrə şöbəsinin aparıcı məsləhətçisi Tural Əliyev, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin məsləhətçisi Elvin Hüseynli, Yardımlı Rayon Polis şöbəsinin əməkdaşı, polis leytenantı Cavid Rzazadə, Yardımlı şəhər Daşkənd məhəllə məscidi dini icmasınin sədri Elşad Xankişiyev, ictimaiyyət nümayəndələri və gənclər iştirak etmişlər.
Çıxışlar zamanı milli-mənəvi və dini dəyərlərə sadiqliyin vacibliyi diqqətə çatdırılıb, müqəddəs İslam dini dəyərlərin hər zaman cəmiyyətimizdə vəhdətin, qardaşlığın, birliyin və həmrəyliyin təminatçısı olması vurğulanıb. Azərbaycan xalqının qədim dövrlərdən bu günədək multikultural şəraitdə yaşamasında və tolerantlıq dəyərlərinin qorunub saxlanılmasında İslam dinin rolundan danışılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.