"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Yanvarın 30-da Fondun dəstəyi ilə İmişlidə tədbir keçirilib

Yanvarın 30-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və  İmişli   rayonu   Cəfərli  kənd   “İmam  Hüseyn”   məscidi    dini icmasının təşkilatçlığı ilə  İmişli   rayon  Mərkəzi    Kitabxanasında  “Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin  önəmli tərkib hissəsi kimi” layihəsi çərçivəsində “Vətənpərvərlik dini radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitədir”  mövzusunda maarifləndirici   tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, həmin şöbənin əməkdaşı  Elvin İbrahimov İmişli  rayonu Cəfərli kənd “İmam  Hüseyn”   məscidi   dini  icmasının  sədri   Abil  Süleymanov,  İmişli   rayon  Mərkəzi  Kitbaxana   Sisteminin  direktor  əvəzi Hürü Şirinova və  həmin  kitabxanının   əməkdaşları,  rayon  ziyalıları,  gənclər   və dini  icma  üzvləri   iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizmin qarşısının alınmasında ən mühüm addımın maarifləndirmə olduğu,  gənclərin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində bu cür layihələrin reallaşdırılmasının vacibliyi diqqətə çatdırılıb.
Sonda  tədbir iştirakçılarını maraqlandıran sullar cavablandırılıb.

calendar 30-01-2019, 11:41 eye 749 eye Paylaş