Yanvarın 28-də Abşeron rayon Saray qəsəbəsi Cümə məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Abşeron rayon Saray qəsəbəsi Cümə məscidi dini icmasının təşkilatçılığı ilə “İslam həmrəyliyi – dini vəhdətə çağırış” layihəsi çərçivəsində “Ailə dəyərlərimizin qorunub saxlanılması” mövzusunda növbəti tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, Saray qəsəbə “Cümə” məscidinin imamı və icma sədri Qalib Tahirov, qəsəbə sakinləri və dindarlar iştirak etmişdir. Çıxışlar zamanı ailə dəyərlərinin qorunub saxlanmasının vacibliyi, milli özünüdərkin və milli şüurun formalaşması, eləcə də gənc nəslin milli, dini dəyərlərimiz və vətənpərvərlik ruhunda tərbiyəsi işində ailə institutunun rolundan danışılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.