"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

İmişlidə “Şəhidlik - mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib

Oktyabrın 10-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İmişli rayonunda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib. 
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, İmişli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Hüseyn İbrahimov, ilahiyyatçı ekspert Rövşən Nəzərov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Adıgözəl Bəşirov, din xadimləri, dini icma sədrləri, ictimaiyyət nümayəndələri və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov İmişli rayonunda dini-mənəvi dəyərlərin təbliği və bu sahədə görülən işlər barədə məlumat verdi. 
Seminar-treninqdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev Fondun yaranması və fəaliyyəti haqqında məruzə ilə çıxış etdi. C.Əliyev Prezident İlham Əliyevin Fərmanı ilə Fondun yaradılmasından 1 il ötdüyünü qeyd edərək ötən müddət ərzində həyata keçirilmiş işlər haqqında da dinləyiciləri məlumatlandırdı. Seminar-treninqin mövzusu ilə bağlı fikirlərini bölüşən İcraçı direktor müavini şəhidliyin xalqımızın milli-mənəvi dəyərlər sistemindəki yeri haqqında da danışdı.
Tədbirdə çıxış edən ilahiyyatçı ekspert Rövşən Nəzərov şəhidliyin İslam dinindəki mahiyyəti haqqında məruzə söylədi. Ekspert dini maarifləndirmə və radikalizmlə mübarizənin əhəmiyyətində də bəhs etdi.
Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Adıgözəl Bəşirov İslam dinində şəhidlik, eləcə də Məhərrəmlik ayı bağlı öz fikirlərini bölüşdü.
Tədbirin yekununda iştirakçılarla fikir mübadiləsi aparıldı.

calendar 10-10-2018, 13:51 eye 950 eye Paylaş