Yanvarın 25-də Füzuli rayonu Horadiz şəhər Heydər Əliyev Mərkəzində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Füzuli rayonu Mahmudlu-2 kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Gəncləri yad təsirlərdən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov, Füzuli rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, Füzuli rayonu Mahmudlu-2 kənd məscidi dini icmasının sədri Sevindik Əsgərli, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, gənclərimizin milli-mənəvi dəyərlərə hörmət, vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də onların qeyri-ənənəvi, radikal yönümlü dini təriqətlərdən, pis vərdişlərin təsirlərindən qorunmasında dini maaifləndirmə tədbirlərinin əhəmiyyəti böyükdür.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.