"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Cocuq Mərcanlıda növbəti maarifləndirici tədbir keçirilib

Yanvarın 25-də Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd klubunda Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi irs Azərbaycan xalqını bütövləşdirən və zənginləşdirən amil kimi” adlı layihə çərçivəsində “Azərbaycançılığın təbliğində milli-mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov, Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri Elman Piriyev, ilk “əmək qəhrəmanı” ordeni almış Oqtay Həziyev, icma üzvləri, kənd ağsaqqalları və gənclər iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, gənclərin qayğısına qalmaq, onları düzgün istiqamətləndirmək, vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvi prinsiplər əsasında Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək, sağlam mənəviyyatlı vətəndaş kimi yetişdirmək hamımızın borcudur.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 25-01-2019, 10:27 eye 549 eye Paylaş