"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Şabran rayonu Pirəbədil kəndində “Milli-mənəvi dəyər anlayışı və müasirlik” mövzusunda tədbir keçirilib

Yanvarın 24-də Şabran rayonunun Pirəbədil kənd klubunda Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Şabran rayonu Vələsli kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyər anlayışı və müasirlik” mövzusunda tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Anar Əliyev, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Şabran Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov, Şabran rayonu Vələsli kənd məscidi dini icmasının sədri Fuad Şahbazov, kənd ictimaiyyəti, ziyalılar, dindarlar və gənclər iştirak edib.
Şabran RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov rayonda milli-mənəvi dəyərlərin təbliği sahəsində aparılan işlərdən bəhs edərək mövzunun aktual olduğunu qeyd edib.
Tədbirdə geniş məruzə ilə çıxış edən DQİDK-nın əməkdaşı Anar Əliyev bildirib ki, mənəvi dəyərlər bu gün daha çox ictimai rəyə əsaslanan yazılmamış ünsiyyət qanunları kimi fəaliyyət göstərir. Adət-ənənə ilə əxlaq arasında qırılmaz bağlılıq var və hər bir ənənə müəyyən əxlaqi məna daşıyır. Onlara laqeyd qalmaq insanlar arasında münasibətlərin pozulmasına, şəxsiyyətlə kollektiv və cəmiyyət arasında ziddiyyətlərin əmələ gəlməsinə səbəb olur. Çünki, milli-mənəvi dəyərlər xalqın milli ruhunu, estetik duyumunu, sənətkarlıq qüdrətini və s. özündə yaşadır.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli-mənəvi dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq.
Şabran rayonu Vələsli kənd məscidi dini icmasının sədri Fuad Şahbazov tədbirdə çıxış edərək qeyd edib ki, dövətimizdə mövcüd olan dinlərarası və xalqlararası birlik sülhün təminatçısıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 24-01-2019, 10:04 eye 1 188 eye Paylaş