"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Cəlilabadda Fondun dəstəyi ilə “İslamda vətənpərvərlik” mövzusunda tədbir keçirilib

Yanvarın 24-də Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Cəlilabad rayonu Maşlıq kənd “Şəhidlər” məscidi dini icmasının təşkilatçılığı ilə “Şəhidlərimiz qəhrəmanlarımızdır” adlı layihə çərçivəsində “İslamda vətənpərvərlik” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş üzrə şöbəsinin məsləhətçisi Samir Yoldaşov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşı Tural Şahmarov, Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Loğman Hüseynov, RİH başçısının Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Hüseynov, Cəlilabad Rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov,  Maşlıq kənd “Şəhidlər” kənd məscidi dini icmasınin sədri Həmzəxan Məhərrəmov, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı dinimizdə Şəhidliyə verilən dəyər, ölkəmizdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinə dövlət qayğısı, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində milli-mənəvi dəyərlərimizin və təhsil ocaqlarımızın fəaliyyətinin önəmindən danışılıb. Çıxışlarda həmçinin Azərbaycan xalqının vətənpərvərlik ənənələrindən, adı dillərdə gəzən vətən oğullarından və milli qəhrəmanların şücaətindən danışılıb. Tədbir iştirakçıları belə layihələrin keçirilməsindəki dəstəyinə  görə Mənəvi Dəyərlərinin Təbliği Fonduna  minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 24-01-2019, 10:02 eye 935 eye Paylaş