"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Yardımlı şəhərində “Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Yanvarın 23-də Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Yardımlı şəhəri Daşkənd məhəllə məscidi dini icmasının təşkilatçılığı ilə “Dinimiz və milli-mənəvi dəyərlərimiz “ adlı layihə çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında milli-mənəvi dəyərlərin rolu”  mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin Hüseynli, Yardımlı Rayon Təhsil şöbəsinin metodisti Tahir Rüstəmov, Yardımlı şəhər Daşkənd məhəllə məscidi dini icmasınin sədri Elşad Xankişiyev,  ictimaiyyət nümayəndələri  və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yardımlı şəhər Daşkənd məhəllə məscidi dini icmasınin sədri Elşad Xankişiyev qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasında milli-mənəvi sərvətlərimizin rolu böyük olmuşdur.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli 1918-ci ilin 28 may tarixində əsası qoyulan AXC-nin xalqımızın dövlətçilik ənənələrində şanlı bir səhifə olmaqla yanaşı, onun demokratik ənənələrə sadiqliyini, azadlıq ruhunun insanların və millətlərin haq və hüquqlarına hörmət və ehtiramının təntənsi olduğunu vurğulayıb.
Yardımlı Rayon Təhsil şöbəsinin metodisti Tahir Rüstəmov vurğulayıb ki, AXC qurulduqdan sonra ölkədə İslama qarşı ayrıseçkiliyə son qoyulmuş, ölkədə dini dəyərlər milli ideologiyanın tərkib hissəsi kimi qəbul olunmuş və dövlət bayrağında rəmzləşdirilmişdir.
Ziyalı Əlihəddin Şabiyev və başqaları çıxışlarında mövzu ətrafında fikirlərini bölüşərək belə layihələrin keçirilməsinə görə Mənəvi Dəyərlərinin Təbliği Fonduna  minnətdarlıqlarını ifadə ediblər. 
Disskusiya şəraitində keçən tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 23-01-2019, 16:46 eye 751 eye Paylaş