Yanvarın 23-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Xızı rayon Altıağac qəsəbə məscidinin təşkilatçılığı ilə “Dinimiz milli – mənəvi sərvətimizdir” layihəsi çərçivəsində “Tolerantlıq-İslamın önəmli prinsipi kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Altıağac qəsəbə məscidinin dini icmasının sədri Ruslan Eyvazov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsininn müdiri Yalçın Abdullayev, din xadimləri və qəsəbə ziyalıları iştirak ediblər
Çıxışlar zamanı tarixin süzgəcindən keçərək xalqımızın milli-mənəvi dəyərlər sisteminin əsas tərkib hissəsindən birinə çevrilən tolerantlıq və birgəyaşayış kimi xüsusiyyətlərindən, bu dəyərlərin təbliğindən danışılmışdır. Çıxışlar zamanı yuxarıda sadalanan dəyərlərin İslam dinində olan əhəmiyyətindən, islama yad olan dini cərəyanların zərərli təsirləri haqda fikirlər səsləndirilmişdir.