"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Fondun dəstəyi ilə Tərtərdə tədbir keçirilib

Yanvarın 23-də Tərtər rayon Heydər Əliyev Mərkəzində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Tərtər rayon “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov,  Tərtər şəhər “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı gənclərin təlim-tərbiyəsində zərərli vərdişlərə qarşı mübarizədə milli-mənəvi dəyərlərdən bəhrələnməyi diqqətdə saxlamaq, İslam dəyərləri ilə adət-ənənələrimizin imkanları vasitəsilə vətənpərvərlik tərbiyəsinin daha ətraflı təşkilində, azərbaycançılıq ideyasının təşviqində və Azərbaycan xalqının qədim dövrlərdən bugünədək multikultural şəraitdə yaşamasının, tolerant dəyərlərin qorunub saxlanmasının təmin olunmasında İslam dininin əsas prinsiplərindən danışılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 23-01-2019, 16:43 eye 734 eye Paylaş