"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Cənub bölgəmizdə “Dinimiz milli-mənəvi sərvətimizdir” mövzusunda tədbir keçirilib

Yanvarın 23-də Lənkəran  rayonu Bəlləbur  kənd məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran rayonu Bəlləbur kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Dinimiz milli-mənəvi sərvətimizdir” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbə əməkdaşları Tacəddin Sadıqov, Emin Həmidli, DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Nərminə Mahmudova, Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında dini dəyərlərin mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu bildirib. Q.Məmmədov milli-mənəvi dəyərlərimizin təbliği baxımından keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib. 
DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Nərminə Mahmudova çıxışında dövlət-din münasibətlərinin mükəmməl Azərbaycan modeli haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Dövlətin dinə qayğısından danışan N.Mahmudova ölkəmizdə tarixən tolerant və multikultural dəyərlərin mövcud olduğunu vurğulayıb.
 Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov və digərləri çıxışlarında keçirilən tədbirin aktuallığı ilə bağlı fikirlərini bildiriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 23-01-2019, 15:24 eye 809 eye Paylaş