"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Cocuq Mərcanlıda “İslam dini milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” mövzusunda maarifləndirici tədbir keçirilib

Yanvarın 18-də Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd klubunda Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi irs Azərbaycan xalqını bütövləşdirən və zənginləşdirən amil kimi” layihəsi çərçivəsində “İslam dini milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş şöbəsinin Dini təhsil sektorunun müdiri Əli Həziyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Mehtixan Zeynalov, Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Atakişi Atakişiyev, Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri və imamı Elman Piriyev, ziyalılar, dini icma üzvləri və kənd sakinləri iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri və imamı E.Piriyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən  Cəbrayıl rayonunda ilk məscid olaraq Cocuq Mərcanlıda Şuşa məscidinin oxşarı tikilmişdir. Azərbaycan Prezidentinin  Cocuq Mərcanlıya göstərdiyi diqqət və qayğı hamıya bəllidir. O bildirib ki, Azərbaycan gənclərinin  vətənpərvərliyi və milli-mənəvi dəyərlərimizə bağlılığı bizim qürur yerimizdir. 
DQİDK-nın Dini qurumlarla iş şöbəsinin Dini təhsil sektorunun müdiri Ə.Həziyev məruzə edərək bildirib ki, artıq 20 ildən çoxdur müstəqillik əldə etmiş Azərbaycanda dini-mədəni köklərimizə qayıdış, milli tariximizə həqiqi və obyektiv baxış, milli-mənəvi dəyərlərə hörmətlə yanaşılması çox mühüm uğurlarımızdandır. Müstəqillik əldə etdikdən sonra Azərbaycan dini, milli və etnik tolerantlıq sahəsində əhəmiyyətli uğurlar qazanıb. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən, irqindən asılı olmayaraq Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirmişdir. 
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Ə.Nəcəfov çıxış edərək bildirib ki, hər bir xalqı dünyada tanıdan və digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərdən biri də onun milli mənəvi dəyərləri, adət-ənənələridir. Milli və dini dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün çox aktualdır. Çünki, milli dəyərlərimizin gənclərimizin formalaşmasında böyük təsiri vardır.
Məruzə ətrafında Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi A.Atakişiyev və Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Z.Həziyev də çıxış edərək bildiriblər ki, xalqımız qədim adət-ənənələrlə yanaşı, həyatımızda yeni formalarda təcəssüm olunan mədəni sərvətlərimizi bu gün də yaşadır və inkişaf etdirir. 
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırılıb.

calendar 18-01-2019, 15:09 eye 735 eye Paylaş