Yanvar 22-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qobustan rayon Çalov kənd məscidi dini icmasının təşkilatçılığı ilə Qobustan rayonu Çalov kənd məscidində “Vətəni sevgisi imandandır” adlı layihə çərçivəsində “Şəhidlik anlayışı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşları Cavid Əhmədov və Elnur Mehdiyev, Qobustan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Qobustan RİH Başçısının Çalov və Cəyirli kəndləri inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rahib Mehdiyev, Qobustan şəhəri “Heydər” məscidi dini icmasının sədri Çingiz Babaşov, Çalov kənd məscidi dini icmasının sədri Həqiqət Rəcəbov, Qobustan rayonu Təklə Mirzəbaba kənd məscidi dini icmasının sədri Elman Qayıbov, Hilmilli kəndi məscidi dini icmasının sədri Mehralı Muradov və kənd ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan Qobustan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Aftandil Şikarov şəhidlik anlayışından, vətən yolunda şəhid olanların örnək həyatından bəhs edərək bildirib ki, torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
Tədbirdə çıxış edən DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev bildirib ki, xalqımızın keçdiyi uzun bir tarixi inkişaf yolunda azadlıq, istiqlal uğrunda canlarından keçən şəhidlərimizin qanları bahasına qazandığı azadlığı qorumaq, onu yaşatmaq hər birimizin Vətən qarşısındakı müqəddəs borcudur.
Məruzə ilə çıxış edən digər iştirakçılar xalqımızın şəhidlik salnaməsindən, Qanlı yanvar, Xocalı faciəsi, mart soyqırımı kimi ağrılı anlarımızdan danışaraq bildiriblər ki, azadlıq və müstəqillik şəhidlərimizin qanları və canları bahasına qazanılıb.
Sonda tədbir iştirakçıarını maraqlandıran suallar cavabandırılıb.