"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Cənub bölgəmizdə Fondun dəstəyi ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı maarifləndirici tədbir keçirilib

Yanvarın 22-də Lənkəran rayonunun Şağlaser kəndində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran   rayonu Şağlaser  kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı layihə çərçivəsində maarifləndirici  tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) əməkdaşı Ramin Hüccətov, Şağlaser kənd məscidi dini icmasının sədri Ruhulla Ruhullayev, Şağlaser kənd kitabxanasının müdiri İldırım Paşayev, şəhid ailələrinin üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və vətən uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan Şağlaser kənd məscidi dini icmasının sədri R.Ruhullayev çıxışında Şağlaser kəndinin vətən uğrunda gedən döyüşlərdə 6 şəhid verdiyini  qeyd edərək tədbirdə onların ailə üzvlərinin iştirak etdiyini bildirib. O, gənclər arasında vətənpərvərliyin təbliğ edilməsinin zəruriliyindən danışıb. 
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Q.Məmmədov çıxışında Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş qəhrəman şəhidlərimizin ömür yolunun  gənclərimizə örnək olduğunu bildirib. Vətənpərvərliyin təbliğinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyətindən danışan Q.Məmmədov vurğulayıb ki, keçirilən tədbirlərin əsas məqsədi gənclər arasında milli-mənəvi dəyərlərin təbliğidir.
Lənkəran ŞTŞ-nin əməkdaşı R.Hüccətov çıxışında şəhidliyin milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu, dövlət tərəfindən şəhidlərin xatirəsinə böyük hörmət və ehtiramın olduğunu diqqətə çatıdırıb.
Şəhid ailələrinin üzvləri Arif Əsədullayev, Fəxrəddin Əkbərov və digərləri çıxışlarında mövzu ilə bağlı fikirlərini bildiriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.   

calendar 22-01-2019, 14:01 eye 714 eye Paylaş