"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Siyəzən şəhərində milli-mənəvi dəyərlərin təbliğinə həsr olunmuş maarifləndirici tədbir tədbir təşkil edilib

Siyəzən şəhərində milli-mənəvi dəyərlərin təbliğinə həsr olunmuş maarifləndirici tədbir tədbir təşkil edilib
     Yanvarın 16-də Siyəzən şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Siyəzən şəhəri “Cümə” dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi   dəyərlərimiz: adətlər,ənənələr” adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdir müvini Ramin Xudayev, Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Elvin Kərimov, Siyəzən rayon 3 nömrəli məktəbin direktoru Pərvin Ağasiyev, Siyəzən şəhəri “Cümə” məscidi dini icmasının sədri Qənimət Pirəliyev, şəhər sakinləri, o cümlədən, dindarlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Quba bölgəsi üzrə şöbəsi müdirinin müavini Ramin Xudayev qeyd edib ki, keçmişdən bizə gəlib çatmış yüksək milli-mənəvi dəyərlərin qorunması müasir dövrün aktual məsələlərindəndir. Məhz buna görə də yeniyetmə və gənclərlə bu sahədə maarifləndirmə işinin aparılması diqqətdə saxlanmalıdır. R.Xudayev bildirib ki, bir dəyər kimi, ölkəmizdə mövcud olan multikultural və tolerant mühit çox əhəmiyətlidir.   
Məktəb diroktoru P.Ağasiyev çıxış edərək bildirib ki, Azərbaycan mədəniyyətinin əsasını müxtəliflik təşkil edir. Belə ki, burada təkcə bir xalqın və yaxud bir dinə sitayiş edən insanların birliyi deyil, müxtəlif dilə və dinə mənsub bir çox xalqlar, etnik qrup nümayəndələri əsrlər boyu bərabər və qardaşlıq şəklində yaşayıblar. Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi daxili və xarici siyasətin fonunda mənəvi dəyər kimi tolerant və multikultural dəyərlərə hörmət prinsiplərinin qorunması sülhün təminatında böyük rol oynayır. 
Siyəzən RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Elvin Kərimov milli-mənəvi dəyərlərin qorunması və təbliği ilə əlaqədar rayonda aparılan işlərdən bəhs edərək qeyd edib ki, bir milləti millət edən və ayaqda saxlayan milli-mənəvi dəyərlərdir. Müasir gənclik mütləq milli-mənəvi dəyərlərimizi tanımalı və həyatını buna uyğun qurmalıdır.  
Tədbirdə çıxış edən Siyəzən şəhəri “Cümə” məscidi dini icmasının sədri Qənimət Pirəliyev dövlətin milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsində diqqət və qayğısını yüksək qiymətləndirərək bildirib ki,  milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmalı və müasirlik milli-mənəvi dəyərlərə qarşı olmamalıdır. 
Daha sonra tədbirdə çıxış edən Quba rayonu Zarat kənd məscidinin  imamı İmran Xudaverdili dövlətin milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsində diqqət və qayğısını yüksək qiymətləndirərək bildiriblər ki,  milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılmalı və müasirlik milli-mənəvi dəyərlərə qarşı olmamalıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 16-01-2019, 11:26 eye 818 eye Paylaş