Yanvarın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Masallı rayonu Binə Xocavar kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Azərbaycançılıq məfkurəsi: milli-ənəvi dəyərlərin əsas prinsiplərindən biri kimi” adlı layihə çərçivəsində “Azərbaycançılıq ideologiyası və Heydər Əliyev” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Təhlil və Proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi Azad Nəhmədov, Masallı bölgəsi üzrə şöbənin müdiri Miryəhya Bədirov, Binə Xocavar kənd məscidi dini icmasının sədri Kamran Dadaşzadə, ziyalılar və gənclər iştirak ediblər.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov tədbiri giriş sözü ilə açaraq bildirib ki, hər bir xalqın mövcudluğunun əsas xüsusiyyətlərindən biri də onun milli kimliyidir. Məhz Ümummilli liderimiz Heydər Əliyev tərəfindən irəli sürülən azərbaycançılıq ideologiyası xalqımızın milli kimliyini təcəssüm etdirir.
DQİDK-nın Təhlil və Proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi Azad Nəhmədov qeyd edib ki, ötən əsrin sonlarına doğru tarixi mübarizənin nəticəsi kimi dövlətçiliyini bərpa edən Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması məhz Ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. A.Nəhmədov bildirib ki, Ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin siyasi və nəzəri əsaslarını irəli sürmüşdür. Dahi rəhbər azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı. Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir.
Natiq daha sonra Azərbaycana qarşı bir çox istiqamətlərdə, o cümlədən internet resurslarda aparılan, xalqımızın bütövlüyünü təhdid edən təxribat xarakterli ideoloji təbliğatdan bəhs edərək məhz Azərbaycançılıq məfkurəsinin həmin təxribatlara qarşı tutarlı cavab olduğunu bildirib.
Masallı Dövlət Regional Kollecin müəllimləri Baba Həsənov, Nazim Əliyev, dini icnma sədri Kamran Dadaşzadə və başqaları çıxışlarında azərbaycançılıq məfkurəsinin dövlətimizin daha da güclənməsində, müstəqilliyimizin, xalqımızın birliyinin möhkəmlənməsindəki əhəmiyyətindən söhbət açiblar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.