"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Quba rayonu II Nügədi kəndində milli-mənəvi dəyərlərimizə həsr edilmiş tədbir keçirilib

Yanvarın 16-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Quba rayonu II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icmasının təşkilatçılığı ilə II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidində “Gənc nəslin yetişməsində milli-mənəvi dəyərlərimizin rolu” adlı layihə çərçivəsində maariflənmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin əməkdaşları Mehman Məmmədov, Elnur Ağasiyev, Quba rayonu II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icmasının sədri Vəlibəy Salızadə, həmin kəndin “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov, ağsaqqallar, gənclər, dindarlar və kənd ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehman Məmmədov geniş məruzə ilə çıxış edərək qeyd edib ki, yüksək milli-mənəvi dəyərləri təbliğ etmək xüsusilə gənc nəslin bizə yad olan mənfi düşüncə tərzindən qorunması üçün vacib yollardan biridir.  Bununla əlaqədar olaraq dövlətimiz hər zaman gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ olunmasına diqqət ayırmış və bu yolda iş aparmaqdadır. 
DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev öz çıxışında qeyd edib ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Milli-mənəvi dəyərlərin təbliğində dinin rolundan bəhs edən E. Ağasiyev, xüsusilə dini icmaların bu işdə aktivliyinin əhəmiyyətli olduğunu bildirib.
Quba rayonu II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icmasının sədri Vəlibəy Salızadə, “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov və digər çıxış edənlər qeyd ediblər ki, dini ibadət yerlərinin ən önəmli işi dinimizi düzgün şəkildə gənclərə çatdırmaqla bərabər, milli-mənəvi və dini dəyərlərimizi qorumaqdır. 
Sonda tədbir iştirakçılarının fikirləri dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 16-01-2019, 17:29 eye 779 eye Paylaş