"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Pirallahıda maarifləndirmə tədbiri keçirilib

Yanvarın 18-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və  Pirallah rayonu Pirallahı qəsəbə məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən "Milli-mənəvi dəyərlərimizin təbliğində və qorunmasında gənclərin rolu" adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib. 
Tədbirdə DQİDK-nin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Fuad Şirinov, Pirallahı RİH-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Seymur Yusibov, Pirallahı qəsəbə məscidi dini icmasının sədri Elçin Baxşiyev və qəsəbə sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları 20 Yanvar faciəsi qurbanlarının xatirəsini andıqdan sonra çıxış edən Pirallahı qəsəbə məscidi dini icmasının sədri Elçin Baxşiyev milli-mənəvi dəyərlərimizlə bağlı  keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söz açıb.
Pirallahı RİH-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Seymur Yusibov milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq xalqımızın milli-mənəvi dəyərlərə sıx bağlılığını diqqətə çatdırıb.
DQİDK-nin Bakı şəhər üzrə şöbəsinin əməkdaşı Fuad Şirinov  gənclər arasında milli-mənəvi dəyərlərin təbliği istiqamətində Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən tədbir və layihələr, eləcə də milli-mənəvi dəyərlərin təbliğində gənclərimizin üzərinə düşən vəzifələr haqqında söz açıb.

Yekunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 18-01-2019, 16:25 eye 705 eye Paylaş