"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Xudatda mənəvi dəyərlərin təbliğinə həsr olunmuş tədbirlər davam edir

Yanvarın 17-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Xaçmaz rayonu Yalama kənd məscidi dini icmasının təşkilatçılığı ilə Xudat şəhəri Heydər Əliyev mərkəzində, “Milli-mənəvi dəyərlərimizi qoruyaq və yaşadaq” adlı layihə çərçivəsində tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Hüquq və qeydiyyat şöbəsinin sektor müdiri Xalid Məmmədov, Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, dindarlar, ağsaqqallar və kənd ictimaiyyəti iştirak edib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev tədbirdə giriş sözü ilə çıxış edərək qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəslə olduğu kimi ötürülməsi ən vacib məsələlərdəndir. Milli-mənəvi dəyərlərin təbliğində dövlətin hazırladığı xüsusi proqramlar, strateji planlar vardır ki, dəyərlərimizin özgənikiləşdirilməsi və yaxud olduğu formadan çıxarılaraq dəyişdirilməsinin qarşısı alınır. 
DQİDK-nın Hüquq və qeydiyyat şöbəsinin sektor müdiri Xalid Məmmədov tədbirdə geniş məruzə ilə çıxış edərək bildirib ki, hər bir xalqın özünə məxsus milli-mənəvi dəyərləri vardır. Bizim də özümüzə xas olan adət və ənənələrimiz mövcuddur. Bu ənənələri qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs borcudur. 
Daha sonra tədbirdə iştirak edən din xadimlərindən Vahid Hacıyev, Əhmədağa Baloğlanov tədbirdə çıxış edərək bildirib ki, dövlətin dini sahəyə, o cümlədən dindarlara və dini icmalara diqqət və qayğısı yüksək səviyyədədir. Ölkənin din xadimləri də milli-mənəvi dəyərlərin qorunması və yaşadılması sahəsində maksimum dərəcədə iş aparırlar. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və dinləyicilərin fikir və təklifləri dinlənilib.

calendar 18-01-2019, 10:16 eye 970 eye Paylaş