"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Lerikdə “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib

Yanvarın 17-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lerik rayonu Vizəzəmin kənd məscidi dini icmasının təşkilatçılığı ilə keçirilən “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği” adlı layihə çərçivəsində rayonun Bibiyani kənd məscidində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Vizəzəmin kənd məscidi dini icmasının sədri Eldar Bünyadov, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, Bibiyani kənd məscidi dini icmasının sədri Məhəmməd Pirhəsənov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında ölkəmizdə hökm sürən milli-mənəvi və vətəndaş həmrəyliyinin, eləcə də, etnik-dini tolerantlıq mühitinin xalqımızın mütərəqqi tarixi ənənələrindən qaynaqlandığını qeyd edib. Dini radikalizm və onun fəsadlarından danışan A.Həsənov keçirilən tədbirlərin əsas məqsədinin milli-mənəvi dəyərlərimizin təbliğ edilməsi olduğunu diqqətə çatdırıb.
Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev çıxışında İslam dininin sülhpərvər mahiyyət daşıdığını, həmrəylik və bərabərlik dini olduğunu vurğulayıb.
Vizəzəmin kənd məscidi dini icmasının sədri Eldar Bünyadov, Bibiyani kənd məscidi dini icmasının sədri Məhəmməd Pirhəsənov, Vizəzəmin kənd məscidinin mütəvəllisi Rəsul Hüseynov çıxışlarında İslam həmrəyliyinin və milli-mənəvi dəyərlərimizin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizədə mühüm əhəmiyyətini vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 18-01-2019, 10:07 eye 973 eye Paylaş