"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Ağcabədidə “Gənclərin zərərli vərdişlərdən qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib

Yanvarın 16-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağcabədi rayonu Hüsülü kənd məscidi dini icmasının təşkilatçılığı ilə Ağcabədi rayonu Hüsülü kənd məscidində, “Milli-mənəvi dəyərlərimiz radikal dindarlığa qarşıdır” adlı layihə çərçivəsində “Gənclərin zərərli vərdişlərdən qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi rayonu Hüsülü kənd məscidi dini icmasının sədri Elnur Sadıqov, Ağcabədi rayonu Hüsülü kənd Bələdiyyəsinin sədri Kəklik Əhmədova, icma üzvləri, kənd ağsaqqalları və digər şəxslər iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayonu Hüsülü kənd məscidi dini icmasının sədri Elnur Sadıqov bildirdi ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları olduğu üçün, bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb. 
Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev “Gənclərin zərərli vərdişlərdən qorunması” mövzusunda məruzə edərək bildirdi ki, Azərbaycanda dövlət-din münasibətləri qanunla yüksək səviyyədə tənzimlənmir. Din dövlətdən ayrı olsa da, dövlət tərəfindən dindarlara xüsusi qayğı ilə yanaşılır. Milli-mənəvi dəyərlərimiz bizim mənəvi xəzinəmizdir. Həm də, milli-mənəvi dəyərlərimizin tələbləri zərərli vərdişlərə qarşı, xüsusilə qeyri-ənənəvi dini cərəyanların mənfi təbliğatına qarşıdır. Ona görə də, gənclərin vətənpərvərlik tərbiyəsində tədris müəssisələridə, ailədə və ictimaiyyətdə bu dəyərlərin imkanlarından bəhrələnmək lazımdır. 
Məruzə ətrafında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Cavid Məlikzadə və Ağcabədi rayonu Hüsülü kənd Bələdiyyəsinin sədri Kəklik Əhmədova mövzu ətrafında geniş çıxış ediblər.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırılıb.

calendar 17-01-2019, 11:01 eye 619 eye Paylaş